Tarlada naməlum kosmik obyekt tapıldı
ABŞ-nin Minnesota ştatında diametri 3,4 metr olan iri metal əşya tapılıb.
Gundelik.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.
Oktyabrın 14-də şerifin ofisinə qarğıdalı tarlasında sirli qalıqların aşkar edilməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları kosmik tullantılara bənzəyən naməlum obyekt aşkar ediblər.
Naməlum obyekt yaxın vaxtlarda tarladan götürüləcək. Yerli hakimiyyət orqanlarının sözlərinə görə, o, insanlar üçün təhlükə yaratmır.
Daha əvvəl UFO Sightings Daily adlı ufoloji saytın kosmos tədqiqatçısı Skott Uorinqin NASA-nın şəkillərində nəhəng yadplanetli gəmisi aşkar etdiyini iddia etdiyi bildirilmişdi.
“Bu qədər böyük gəmi qısa müddət ərzində on minlərlə sərnişini kainatın bir tərəfindən digər tərəfinə daşıya bilərdi”, - deyə o bildirib.
Nuri
Gundelik.az