Son anda qərarını dəyişdi, lotereyada 84 min manat qazandı
ABŞ-nin Merilend ştatında yaşayan lotereya həvəskarı son anda strategiyasını dəyişərək 50 min dollar (təxminən 84 min manat) qazanıb.
Gündəlik.az xəbər verir ki, bu barədə UPI agentliyi məlumat yayıb.
Məlumata görə, gələcək qalib noyabrın 6-da yenidən bəxtini sınamaq üçün mağazaya gedib. Lotereya bileti alarkən həmin tirajda adətən istifadə etdiyi uğurlu rəqəmlərdən imtina etmək qərarına gəlib. Çünki həmin rəqəmlər bir gün əvvəlki tirajda çıxmışdı.
Lakin amerikalı son anda fikrini dəyişərək yenidən əvvəlki rəqəmlərdən istifadə edib. Məhz bu qərar ona 50 min dollar qazandırıb.
Kişi daha əvvəl də lotereyada 25 min dollar (təxminən 42 min manat) qazandığını bildirib. Ancaq həmin vaxt o, beş bilet alıb və onlardan biri qalib gəlib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Cənubi Karolina ştatının sakini də gözlənilməz qərar sayəsində varlanıb. O, əslində lotereya bileti almağı planlaşdırmasa da, son anda yaranan bir hissə əsasən bilet alıb və 250 min dollar (təxminən 424 min manat) qazanıb.
Nuri
Gundelik.az