İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
Prezident İlham Əliyev Azərbaycanla Qırğız Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında Müqaviləni təsdiqləyib.
Gundelik.az xəbər verir ki, dövlət başçısı bu barədə 2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin təsdiqi haqqında qanun layihəsini imzalayıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.