TƏBİB 6 milyonluq manatlıq yeni avadanlıqlar alır
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnnovasiya və Təchizat Mərkəzi bir sıra avadanlıqların satınalınması ilə əlaqədar hazırlıqlara başlayıb.
Gundelik.az-ın məlumatına görə, satınalma çərçivəsində informasiya texnologiyaları avadanlıqlarının və kompüter tomoqrafiyası (KT) cihazının alınması nəzərdə tutulur.
Bu məqsədlə ümumilikdə 6 milyon manat vəsaitin xərclənməsi proqnozlaşdırılır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.