Əfsanəvi boksçu Türkiyə serialında
Dünyaca məşhur boksçu Mayk Tayson Türkiyənin "Tuzlu kahve" serialında rol alıb.
Gundelik.az xəbər verir ki, əfsanəvi idmançının yer aldığı səhnələr serialın gələn həftə yayımlanacaq 13-cü bölümünün anonsunda nümayiş olunub.
Tayson ekran işində Mehmet obrazının Amerikadan gələn dostunu canlandırıb. O, Aydınoğulları ailəsinin səhər yeməyində qonaq olub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, serialda Nebahat Çehre, Binnur Kaya, Şevval Sam və Eda Ece kimi tanınmış aktyorlar da rol alır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.