SpaceX kosmosda süni intellekt məlumat mərkəzləri yaratmağa hazırlaşır
ABŞ-nin kosmik texnologiyalar şirkəti SpaceX kosmosda süni intellekt məlumat mərkəzlərinin yaradılması istiqamətində yeni addım atıb.
Gundelik.az xəbər verir ki, şirkətin layihəsi kosmik orbitdə yüksək hesablama gücünə malik infrastrukturun qurulmasını nəzərdə tutur.
Layihənin əsas məqsədi süni intellekt sistemlərinin məlumat emalı imkanlarını genişləndirmək və gələcəkdə kosmosda yerləşən hesablama mərkəzlərindən istifadə etməkdir.
Mütəxəssislərin fikrincə, bu texnologiya reallaşarsa, məlumatların emalı və rəqəmsal infrastruktur sahəsində yeni imkanlar yarana bilər. Bununla yanaşı, kosmik məlumat mərkəzlərinin enerji təminatı, texniki xidmət və yüksək xərclər kimi çətinliklərlə üzləşəcəyi gözlənilir.
SpaceX-in təşəbbüsü süni intellekt və kosmik texnologiyaların gələcəkdə daha sıx inteqrasiya olunacağının göstəricisi kimi qiymətləndirilir.
Nuri
Gundelik.az