“Sabah” evdə “Barselona”ya məğlub olub – YENİLƏNİB – 4

“Sabah” evdə “Barselona”ya məğlub olub – YENİLƏNİB – 4

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda "Barselona"ya (İspaniya) məğlub olub.

Gundelik.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən matçda qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.

La Liqa təmsilçisinin heyətində Entoni Qordon (31, 51), Karim Adeyemi (55) və Qabriel Jezus (60) fərqləniblər.

Azərbaycan çempionunun yeganə qolu isə Coy Lens Mikelsin (63) adına yazılıb.

Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində növbəti görüşünü dekabrın 8-də səfərdə digər İspaniya təmsilçisi "Vilyarreal"a qarşı keçirəcək.

***

23:12

"Sabah" və "Barselona" (İspaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda beşinci qol vurulub.

Gundelik.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilirən matçda ev sahibləri hesab arasındakı fərqi azaldıblar - 1:4.

63-ci dəqiqədə Coy Lens Mikels rəqib komandanın qapısına yol tapıb.

***

23:01

"Sabah" və "Barselona" (İspaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda üçüncü qol vurulub.

Gundelik.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilirən matçda kataloniyalılar hesab arasındakı fərqi artırıblar - 3:0.

55-ci dəqiqədə Karim Adeyemi fərqlənib.

***

22:21

"Sabah" və "Barselona" (İspaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda ilk qol vurulub.

Gundelik.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilirən matçda kataloniyalılar hesabı açıblar.

31-ci dəqiqədə Antoni Qordon fərqlənib.

***

21:47

"Sabah" və "Barselona" (İspaniya) komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyunu başlayıb.

Gundelik.az-ın məlumatına görə, matç Bakı Olimpiya Stadionunda keçirilir.

Qarşılaşmanı şotlandiyalı FIFA referisi Nikolas Uolş idarə edir.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.