Azərbaycanın avtomobil idxalına çəkdiyi xərc 28% azaldı
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumilikdə 1,2 milyard dollar dəyərində 64 898 ədəd avtomobil idxal olunub.
Gundelik.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 29.685 ədəd və ya 31,3% azdır.
Bu dövrdə avtomobil idxalına çəkilən xərc isə ötən ilin eyni ayları ilə müqayisədə 28% azdır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.