Moskvada mənzildə afrikalı modelin meyiti tapılıb
Afrikanın Zambiya ölkəsindən olan model 27 yaşlı Silavve Knoxun meyiti Moskvanın mərkəzində kirayədə qaldığı mənzildə tapılıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, o, bir neçə gün duş kabinəsində qalıb.
Modelin işə gəlməməsi və bir neçə gün zənglərə cavab verməməsi yaxınlarını narahat edib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Onlar bu barədə polisə məlumat veriblər. Polis əməkdaşları və mənzil sahibi içəri girməyə çalışsalar da, giriş qapısı içəridən bağlı olub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kilidi açıblar, bundan sonra modelin hamam otağında meyiti aşkar edilib.
Onun ölüm səbəbi araşdırılır.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.