Muğam müsabiqəsi elan olundu
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam ifaçıları müsabiqəsi elan edilir.
Gundelik.az xəbər verir ki, müsabiqə iyunun 18-20-də Azərbaycan Milli Konservatoriyasında keçiriləcək.
Ənənəvi musiqi ifaçılığına həsr olunan müsabiqə yaşı 35-i ötməyən (18 iyun 1990-cı il və daha gec təvəllüdlü) vokal və instrumental ifaçıların iştirakına açıqdır. Müşayiətçilərə (5 nəfərdən çox olmamaq şərtilə) yaş məhdudiyyəti qoyulmur.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələ 15 dəqiqəlik proqramı, ikinci mərhələ isə 25 dəqiqəlik proqramı əhatə edir.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.