Metroda yemək yemək olar? - Mütəxəssisindən AÇIQLAMA

Metroda yemək yemək olar? - Mütəxəssisindən AÇIQLAMA

Mütəxəssis qapağı olmayan stəkanlardan istifadə etməməyə də çağırıb

İctimai nəqliyyatda yemək yemək ədəbsizlik sayılmır.

Gundelik.az xəbər verir ki, etiket üzrə mütəxəssis Anastasiya Perevalova bu barədə kp.ru-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, metro vaqonunda yüngül qəlyanaltı etmək olar. Bunun üçün yeməyin kəskin qoxusu olmamalı, ətrafdakı sərnişinləri çirkləndirmək riski yaratmamalı və onların rahatlığına mane olmamalıdır.

Mütəxəssis qapağı olmayan stəkanlardan istifadə etməməyə də çağırıb. Çünki içkinin tökülərək ətrafdakı sərnişinlərin üzərinə düşməsi riski var.

Xatırladaq ki, daha əvvəl “Roskaçestvo”nun rəhbər müavini Yelena Sartsеva şaurma üçün QOST standartının hazırlanması ilə bağlı detalları açıqlamışdı.

Onun sözlərinə görə, standart üzərində Rusiya mətbəxinin yeməkləri üçün də QOST standartları hazırlayan texniki komitə işləyir. Sənəddə şaurmanın tərkibi və istifadə olunan inqrediyentlərlə bağlı tövsiyələr yer alacaq.

Bu standartın hazırlanmasının səbəblərindən biri də şaurmanın tərkibi ilə bağlı müzakirələrdir. Məsələn, bəzi insanlar şaurmaya yerkökü əlavə etməyin mümkün olub-olmadığı ilə maraqlanırlar.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.