Arıqlama iynələri ilə çəki atdı, ardınca ərindən boşandı
“Cazibədar görünmək üçün deyil, həyatda qalmaq üçün etdim”
Hollivudun tanınmış aktrisa və komediya ustalarından Emi Şumer arıqlama iynələrinin köməyi ilə çəki atdıqdan sonra şəxsi həyatında da ciddi qərar verərək həyat yoldaşından ayrılıb.
Gundelik.az "Haberler"ə istinadən xəbər verir ki, xarici görünüşündəki dəyişikliklə diqqət çəkən aktrisa arıqlamaq qərarının gözəllik qayğısından deyil, yaşadığı ciddi sağlamlıq problemlərindən qaynaqlandığını açıqlayıb.
Karyerası boyunca qadınlara qəbul etdirilən gözəllik standartlarını tənqid edən Şumer uzun illər bədən quruluşu ilə barışıq olduğunu bildirib. Lakin son dövrlərdə onun xeyli çəki itirməsi və görünüşünün dəyişməsi diqqət çəkib.
Arıqladı, ardınca evliliyinə son qoydu
Arıqlama iynələrinin köməyi ilə çəki atan aktrisanın həyat yoldaşından ayrılması da gündəmə gəlib. Bununla belə, onun boşanma qərarının arıqlaması ilə əlaqəli olduğuna dair təsdiqlənmiş açıqlama yoxdur.
“Cazibədar görünmək üçün deyil, həyatda qalmaq üçün etdim”
Şumer arıqlamaq qərarının arxasında ciddi sağlamlıq problemlərinin dayandığını bildirib. Aktrisa ona Kuşinq sindromu diaqnozu qoyulduğunu açıqlayıb.
O, çəki itirməsinin yalnız xarici görünüşünü dəyişmək məqsədi daşımadığını vurğulayaraq deyib:
“Bunu cazibədar görünmək üçün etmədim. Düzdür, bu, xoş, lakin müvəqqəti hissdir. Mən bunu tamamilə həyatda qala bilmək üçün etdim”.
Nuri
Gundelik.az