Əli Əsədov Düşənbəyə getdi
Azərbaycanın Baş naziri Əli Əsədov tacikistanlı həmkarı Kohir Rasulzodənin dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbə şəhərinə işgüzar səfərə gəlib.
Gundelik.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Düşənbə beynəlxalq hava limanında Ə.Əsədovu Tacikistanın Baş nazirinin müavini, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Usmonali Usmonzoda və digər rəsmi şəxslər qarşılayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.