AMB “Unibank”ı 62,5 min manat cərimələdi
Azərbaycan Mərkəzi Bankı (AMB) “Unibank” ASC-ni və onun vəzifəli şəxslərini 62,5 min manat cərimələyib.
Gundelik.az xəbər verir ki, bu barədə yurd.media-ya AMB-dən bildirilib.
Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb.
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin (İXM) 598.1.1 və 598.1.5-ci maddələrinə əsasən “Unibank” 50 min manat, İXM-nin 598.1.1, 598.1.2, 598.1.5 və 598.4-cü maddələrinə əsasən isə Bankın vəzifəli şəxsləri 12,5 min manat cərimə edilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.