Yasamalda “BMW” yandı – VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Gundelik.az-a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Yanğın nəticəsində “BMW” markalı minik avtomobilinin salon və yük hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.