Vasif Talıbovun oğlu daha bir vəzifəsini itirdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov daha bir vəzifəsini itirib.
Gundelik.az “Teleqraf”a istinadən xəbər verir ki, o bundan sonra Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyində təmsil olunmayacaq.
S.Talıbov qurumun İcraiyyə Komitəsinə keçirilən seçkilərdə namizədliyini irəli sürməyib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
AŞF-nin hazırda davam edən Konfransında İcraiyyə Komitəsi üzvlüyünə namizədlər siyahısında onun adı yoxdur.
Qeyd edək ki, Seymur Talıbov 2021-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsini tuturdu. Onun rəhbəri olduğu Naxçıvan Şahmat Federasiyası isə 2024-cü ildə ləğv olunub.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.