Tramp bu davranışı dəlilik adlandırdı
ABŞ-nin NATO-ya verdiyi töhfələr çox yüksəkdir.
Gundelik.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinin İranla müharibədə yardımdan imtina etmək qərarına münasibət bildirərkən bildirib.
“Beləliklə, biz bütün bu pulları xərclədik – yəqin ki, 600… Düzdür, biz hər il təxminən 600 milyard dollar xərcləyirdik, elə deyilmi? Bir düşünün: NATO-ya xərclədiyimiz məbləğlər sadəcə ağlasığmazdır, amma onlar bizə kömək etmədilər”, – Tramp deyib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
ABŞ liderinin sözlərinə görə, əgər ABŞ hətta kiçik məsələlərdə də yardım ala bilmirsə, o zaman Vaşinqtonun da yardım göstərməkdən imtina etmək hüququ var.
Qeyd edək ki, bundan öncə Tramp Avropanın İran məsələsində ABŞ-a kömək etməkdən imtina etməsini axmaqlıq adlandırmışdı.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.