“Tesla” 20 mindən çoxu avtomobilini geri çağırır

“Tesla” 20 mindən çoxu avtomobilini geri çağırır

Amerikanın avtomobil istehsalçısı “Tesla”, ABŞ-də 20 300 elektrik avtomobilini geri çağırır.

Gundelik.az xəbər verir ki, bu barədə Milli Avtomobil Yolları Təhlükəsizliyi Administrasiyasının (NHTSA) açıqlamasında bildirilir.

Tənzimləyici qeyd edir ki, həddindən artıq işıq verən faralar qarşıdan gələn sürücülərin görmə qabiliyyətini məhdudlaşdıra bilər və toqquşma riskini artıra bilər.
Geri çağırış “Model 3” və “Model Y”ə təsir göstərir.

Qeyd edək ki, ilin əvvəlindən bəri şirkətin bazar kapitallaşması 26,4% azalıb (1,3 trilyon dollara düşüb).

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.