SOCAR-ın idarəsi qeyri-neft ixracından 85 milyon dollara yaxın gəlir əldə edib
Bu ilin yanvar-may aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 84,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.
Gundelik.az-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.
Bildirilir ki, bu, 2025-ci ilin 5 ayı ilə müqayisədə 99,3 milyon ABŞ dolları və ya 2,2 dəfə azdır.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
5 ay ərzində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 % artaraq 1,5 milyard ABŞ dolları təşkil edib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.