8 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində məhkumun ölümü qeydə alınıb
8 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyatda olan məhkumun ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.
Gündəlik.az-ın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə məhkum olunmuş Elgün İmranlı noyabrın 22-dən 23-nə keçən gecə yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
Məlumata görə, məntəqə tipli cəzaçəkmə müəssisəsinin rejiminə uyğun olaraq, məhkumlar gündüz saatlarında evə buraxılır, axşam isə müəssisəyə qayıdırlar.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Elgün İmranlı da həmin qaydada gündüz evə buraxılıb. Lakin noyabrın 22-də axşam saatlarında müəssisəyə qayıtmayıb. Sonradan onun yaşadığı evdə özünü asaraq öldüyü məlum olub.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.