Sabah 4 kənddə qaz olmayacaq
Sabah İmişli rayonunun 4 kəndində qaz təchizatı dayandırılacaq.
Bu barədə Gundelik.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, diametri 200 mm-lik PE “Qaraqaşlı kənd” orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı aparılacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bu məqsədlə sentyabrın 19-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Xoşçobanlı, Murğuzallı, Mürsəlli və Qaraqaşlı kəndlərində (ümumi 912 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.