Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 3 tapança, 8 qumbara, 14 tüfəng, 9 patron darağı və müxtəlif çaplı 1029 ədəd patron aşkar edərək götürüblər.
Bu barədə Gundelik.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.