Pezeşkian Azərbaycanla bağlı bu məlumatı şayiə adlandırdı
İran prezidenti Məsud Pezeşkian İsrailin guya Azərbaycan hava məkanından İslam Respublikasına qarşı hərbi məqsədlər üçün istifadə etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Gundelik.az xəbər verir ki, o, bu iddiaların rəsmi strukturlar tərəfindən təsdiqlənmədiyini vurğulayıb.
“Şayiələrin əksinə olaraq, qonşularımızın İsraillə hərbi əməkdaşlığından əsər-əlamət yoxdur”, – o qeyd edib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bundan əvvəl İran mediası və bəzi ermənipərəst ekspertləri Təl-Əvivin region ölkələrinin, o cümlədən Azərbaycanın hava məkanından istifadə edərək İrana zərbələr endirdiyini iddia etmişdilər./unikal
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.