Pakistanda qaz partlayışı nəticəsində bina çöküb, azı 16 nəfər ölüb
Pakistanın Kəraçi şəhərində mənzildə qaz balonunun partlaması nəticəsində bina çöküb, azı 16 nəfər ölüb.
Gundelik.az “Dawn”a istinadən xəbər verir ki, ilkin məlumata görə, partlayış şəhərin şərq hissəsində yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.
Ölənlər arasında 8 azyaşlı, 4 qadın və 4 kişi var.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
14 nəfərin isə yaralandığı bildirilir. Yaralılardan yeddisi azyaşlıdır.
Axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altında hələ də insanların qala biləcəyi ehtimal edilir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.