Naxçıvan iqtisadiyyatı böyüyüb

Naxçıvan iqtisadiyyatı böyüyüb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 475 milyon 460 min 400 manat olub.

Bu barədə Gundelik.az-a Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 % çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,8 % artaraq 1 009 manat olub.

Gundelik.az 

TEQLƏR: #naxçıvan
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.