Məşhur aktrisadan etiraf: 7 ildir ki, bunu etmir

Məşhur aktrisadan etiraf: 7 ildir ki, bunu etmir

Bu qərardan sonra özünü daha inamlı hiss etməyə başlayıb.

Kanadalı aktrisa Mersedes Blanş artıq yeddi ildir cinsi əlaqədə olmadığını açıqlayıb.

Gundelik.az xəbər verir ki, onun sözlərini "CreatorZine" nəşri yayımlayıb.

Aktrisanın sözlərinə görə, insanlar onun uzun müddətdir intim münasibətdən uzaq qalmasına təəccüblənirlər.

“İnsanlar açıq-saçıq geyinməyi və gözəl görünməyi sevdiyim üçün məni hiperseksual hesab edirlər. Onlar bunu mənim cinsi istəklərimlə qarışdırırlar. Halbuki, bunlar bir-birinə tamamilə ziddir”, - deyə Blanş bildirib.

“Açıq-saçıq fotolar paylaşmağım heç nəyi dəyişmir”

Aktrisa alt paltarında özünü rahat hiss etdiyini və sosial şəbəkələrdə tez-tez açıq-saçıq fotolar paylaşdığını etiraf edib. Lakin onun sözlərinə görə, bu, kiminləsə cinsi münasibətdə olmaq istədiyi anlamına gəlmir.

Blanş bildirib ki, aktyorluq mühitində bəzi kişilərin ona bir insan kimi deyil, seksual obyekt kimi yanaşması intim münasibətlərdən uzaqlaşmasına səbəb olub. O, kişilərin mənfi davranışlarını görməkdən yorulduğunu və diqqətini özünə yönəltmək qərarına gəldiyini deyib.

Aktrisanın sözlərinə görə, bu qərardan sonra özünü daha inamlı hiss etməyə başlayıb.

Gələcəkdə intim münasibətə qayıda bilər

Bununla belə, Blanş gələcəkdə yenidən intim münasibət qurmaq ehtimalını istisna etmir.

“Əgər kiminləsə tanış olsam və bunun doğru olduğunu hiss etsəm, buna qarşı deyiləm. Həmin insan mənə hörmət etməli, xarici görünüşümə və ya sosial şəbəkələrdə paylaşdıqlarıma görə mənim haqqımda mühakimə yürütməməlidir”, — deyə aktrisa bildirib.

Mersedes Blanş “Oğlanlar” (The Boys) serialındakı rolundan sonra tanınıb. O, həmçinin “Robin Hud”, “Torontodan olan adam”, “Görmək” (See) və “Cinni və Corciya” layihələrində çəkilib.

Qeyd edək ki, daha əvvəl Qanada tanınan aktrisa Viki Zuqa da cinsi münasibətlərdən uzaq qalmaq qərarı verdiyini açıqlamışdı. O, yalnız intim yaxınlıq istəyən kişilərin diqqətindən narazılığını bildirmişdi. Zuqanın sözlərinə görə, bu qərar onun niyyətləri ciddi olmayan kişiləri həyatından uzaqlaşdırmasına kömək edib.

Leyla
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.