Cəbrayılda mina partlayıb – Xəsarət alan var
İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində 2026-cı il 7 yanvar tarixində mina hadisəsi baș verib.
Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verib.
Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd olunub ki, xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.