Azərbaycanda vəzifəli şəxs saxlanıldı - FOTO
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.
Gundelik.az Anz.az-a istinadən xəbər verir ki, saxlanılmanın dövlət əmlakının mənimsənilməsi iddiaları ilə bağlı olduğu bildirilir.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcəyi gözlənilir.
Foto qalereya
1 / 1
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.