AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
Bu gündən milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşları bərpa edir.
Bu barədə Gundelik.az-ın sorğusuna cavab olaraq AZAL-dan bildirilib.
Xatırladaq ki, reyslərin müvəqqəti dayandırılması Yaxın Şərqdəki gərgin vəziyyət və bunun nəticəsində bir sıra ölkələrin hava məkanının bağlanması ilə bağlı idi. Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava nəqliyyatının bərpasına imkan verir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.