Azad edilmiş ərazilərdə daha 79 mina aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.07.2025 – 20.07.2025) açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Gundelik.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 73 piyada əleyhinə mina, 6 tank əleyhinə mina, 178 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 641 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.