ABŞ Nigeriyada İŞİD-ə zərbələr endirdi
ABŞ Prezidenti Donald Trampın göstərişinə əsasən, Amerika Birləşmiş Ştatları Nigeriyanın şimal-qərbində İŞİD terrorçularına qarşı güclü hərbi əməliyyat həyata keçirib.
Gundelik.az-ın xəbərinə görə, bu barədə Tramp “Truth” sosial media platformasında məlumat verib.
Prezidentin sözlərinə görə, ABŞ əvvəlcədən terrorçulara xəbərdarlıq edib və xristianlara qarşı zorakılığı dayandırmazlarsa, cəzalandırılacaqlarını bildirib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Tramp qeyd edib ki, hərbi departament bu gecə yalnız ABŞ-ın edə biləcəyi çoxsaylı hücumlar həyata keçirib.
“Mənim rəhbərliyim altında ölkəmiz radikal İslam terrorizminin çiçəklənməsinə imkan verməyəcək”, – deyə ABŞ Prezidenti əlavə edib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.