55 yaşında tələbə oldu
Bu il Azərbaycanda ən yaşlı tələbə 55 yaşlı Vəfa Cəfərova olub.
Gundelik.az xəbər verir ki, bu barədə Report-a Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd olunub ki, tələbə subbakalavr (kollec məzunu) kimi Sumqayıt Dövlət Universitetinə qəbul olunub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xatırladaq ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 88 756 nəfər iştirak edib. Onlardan 57 236 nəfəri (o cümlədən 6 461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 956 (o cümlədən 1 728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29 280 (o cümlədən 4 733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.