Xəzər Dəniz Neft Donanmasında yeni təyinat olub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına rəis əvəzi təyin olunub.
Gundelik.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı ASCO-nun İdarə Heyətinin sədri Əfqan Cəlilov müvafiq əmr imzalayıb.
Belə ki, Xəzər Dəniz Neft Donanmasına rəhbərlik Azər Qasımova həvalə olunub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Məlumata görə, A.Qasımov Donanmada şöbə müdiri vəzifəsində çalışır.
Xatırladaq ki, Donanmanın rəisi vəzifəsində 2017-ci ildən bəri Taqət Qurbanov çalışıb. O, bir neçə gün əvvəl vəzifəsindən azad edilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.