WUF13 ilə bağlı Bakıda xüsusi hərəkət zolaqları yaradılır
WUF13 çərçivəsində paytaxtın bir sıra küçə və prospektlərində müvəqqəti xüsusi hərəkət zolaqları təşkil ediləcək.
Bu barədə Gundelik.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev prospekti – Aerport şosesi, Abbasqulu ağa Bakıxanov, Mehdi Abbasov, Mikayıl Əliyev, Yusif Səfərov və Mikayıl Müşfiq küçələrində müvəqqəti xüsusi hərəkət zolaqları yaradılacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bu zolaqlar müvafiq yol nişanı quraşdırıldıqdan sonra qüvvədə olacaq.
Yəni nişan olmadığı müddətdə bütün nəqliyyat vasitələri zolaqdan istifadə edə bilər.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.