Venesuela BMT TŞ-nin təcili iclasının keçirməsini tələb etdi
Venesuela ABŞ-nin hərəkətlərinə cavab olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirməsini tələb edib.
Gundelik.az “The New York Times”a istinadən xıəbər verir ki, Venesuela xarici işlər naziri bununla bağlı BMT-yə məktub ünvanlayıb.
“ABŞ Prezidenti milli suverenliyimizi bütün dünyanın gözü qarşısında təhdid edir. Ölkənin ərazi bütövlüyünü və siyasi müstəqilliyini pozur”, – məktubda deyilir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Karakas ABŞ-ni beynəlxalq hüququ və BMT Nizamnaməsini pozmaqda ittiham edib.
Nəşr yazır ki, BMT Təhlükəsizlik Şurasına ünvanlanan ayrıca bir məktubda ABŞ-nin gəmilərə və ticarətə qarşı hərəkətlərinin yazılı şəkildə pislənməsi tələb edilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.