Şabranda çay daşdı – 30-a yaxın evin sakinləri təxliyə edildi
Şabranda çay daşıb.
Gundelik.az-ın məlumatına görə, Dəvəçiçay daşıb, həyətlərə, evlərə, kommersiya obyektlərinə su dolub. Belə ki, fövqaladə vəziyyət Şabran şəhərinin M.Ə.Rəsulzadə küçəsində baş verib.
İntensiv yağış nəticəsində Dəvəçiçaya gələn güclü sel fərdi yaşayış evlərinin həyətlərinə, evlərə, təsərrüfatlara, kommersiya obyektlərinə dolub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Hadisə baş verən ərazidə 30-a yaxın ev var. Evlərdə yaşayan sakinlər təxliyə edilib.
Hadisə yerinə Şabran rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri və digər əlaqədar qurumların nümayəndələri cəlb olunublar./unikal
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.