Roma Papası üç dəfə şeytanla qarşılaşdığını açıqlayıb – Onun xırıltılı səsini eşidib

Roma Papası üç dəfə şeytanla qarşılaşdığını açıqlayıb – Onun xırıltılı səsini eşidib

Mərhum Roma Papası Fransisk şəxsi gündəliyində həyatının müxtəlif dövrlərində üç dəfə şeytanla qarşılaşdığını yazıb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.

Fransisk 2021-ci ildə yazdığı gündəlik qeydlərində bildirib ki, hələ Roma Papası seçilməmişdən əvvəl müxtəlif görüntülər və qeyri-adi hadisələrlə üzləşib.

Onun sözlərinə görə, ilk hadisə avtomobildə hərəkət edərkən baş verib. İkinci qarşılaşma Buenos-Ayres arxiyepiskopu olduğu dövrdə ibadətgahda dini mərasim zamanı yaşanıb. Sonuncu dəfə isə Vatikanda rəsmi şəxslərlə görüşü zamanı belə bir görüntü gördüyünü iddia edib.

Papa xüsusilə ibadətgahda baş verən hadisənin onda dərin təəssürat yaratdığını qeyd edib.

“Onun güclü, xırıltılı səsini unutmaq mümkün deyil. O, mənə alov saçan gözləri ilə baxırdı... İlk dəfəkindən daha diqqətlə nəzər yetirirdi. Gözləri sanki od parıltısı kimi idi”, – deyə Fransisk gündəliyində yazıb.

2018-ci ilə aid başqa bir qeyddə isə Fransisk cəhənnəmin qapılarını da gördüyünü iddia edib.

“Roma Papası Fransiskin şəxsi gündəliyi” adlı kitab kardinal Viktor Manuel Fernandesin rəhbərliyi ilə nəşr olunub. Kitabda 1992–2024-cü illəri əhatə edən qeydlər yer alıb.

Qeyd edək ki, bundan əvvəl şeytan çıxarma mərasimləri ilə məşğul olan ekzorsistlər XIV Leo Papasına müraciət edərək dünyada şər qüvvələrə qarşı mübarizənin gücləndirilməsini istəyiblər.

Onların fikrincə, dünyada okkultizmə və satanizmə maraq artır. Kilsədən lazımi dəstəyi ala bilməyən bəzi insanlar isə okkult inancların tərəfdarlarına üz tuturlar.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.