Bakıda bu binaların təmirinin layihə-smetası 3,5 milyon manata başa gələcək

Bakıda bu binaların təmirinin layihə-smetası 3,5 milyon manata başa gələcək

Bakı şəhər ərazisində dövlət mənzil fonduna aid binaların təmiri işləri aparılacaq.

Bu barədə Gundelik.az Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat əldə edib.

Belə ki, binaların təmir işlərinin layihə-smeta sənədlərinin hazırlanması həyata keçirilməsinə başlanılır.

Məlumata əsasən, layihə-smeta sənədlərinin hazırlanmasını “Az.Arxitektura” şirkəti həyata keçirəcək.

Layihə smeta sənədlərinin hazırlanması 3 569 535 manata başa gələcək.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.