Pentaqonun keçmiş rəhbərindən şok iddia: ABŞ-də yadplanetlilərin cəsədləri tapılıb?
“Biz bəşər tarixinin yeni fəslinin başlanğıcındayıq. Məlumatların açıqlanması prosesi mürəkkəbdir, lakin artıq başlayıb”
Pentaqonun UNO-ların (naməlum uçan obyektlərin) öyrənilməsi proqramının keçmiş rəhbəri Cey Strattton 1947-ci ildə ABŞ-da yadplanetlilərin cəsədlərinin aşkar edildiyini təsdiqləyib.
Gundelik.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.
Strattton özünün Out of the Shadows adlı memuarlarında bu hadisəni məlumatlı olduğu iddia edilən naməlum bir mənbəyə istinadən danışıb. Onun sözlərinə görə, qəzaya uğrayan aparat iki hissəyə parçalanıb. ABŞ hərbçiləri aparatın qalıqlarını və onu idarə edən varlıqları aşkar ediblər. Stratttonun mənbəsinin iddiasına əsasən, sağ qalan pilotlar yeməkdən imtina edir və insanlarla ünsiyyət qurmaq istəmirdilər.
Strattton iddia edir ki, insan olmayan varlıqlarla və onların texnologiyaları ilə qarşılaşmaq UNO-ların araşdırılması proqramında iştirak edən bəzi əməkdaşlarda psixoloji pozuntulara səbəb olub.
Memuarlarda Strattton yadplanetlilərlə əlaqəli olduğu iddia edilən başqa bir hadisədən də bəhs edir. Onun sözlərinə görə, 2005-ci ildə bir həmkarı ABŞ-dəkı nüvə raketi şaxtasının yaxınlığında qeydə alınmış obyektin məxfi videosunu ona göstərib. Videoda rəngli işıqları olan qara üçbucaqlı aparat təsvir olunub. İddiaya görə, aparat səssizcə sürətlənərək gözdən itib.
2020-ci ildə Strattton Pentaqonun UNO-ların öyrənilməsi üzrə xüsusi qrupunun ilk rəhbəri olub, 2022-ci ildə isə istefaya çıxıb. O, həmçinin hərbi podratçı şirkətlərin tapılmış ən azı 12 yerdənkənar aparatı saxladığını iddia edir.
Daha əvvəl Strattton memuarlarında yadplanetlilərlə bağlı bütün həqiqətləri açıqlayacağına söz vermişdi.
“Biz bəşər tarixinin yeni fəslinin başlanğıcındayıq. Məlumatların açıqlanması prosesi mürəkkəbdir, lakin artıq başlayıb”, - deyə o bildirib.
Nuri
Gundelik.az