Milli Məclisin deputatı Litvaya səfər edəcək

Milli Məclisin deputatı Litvaya səfər edəcək

Milli Məclisin deputatı Cavanşir Feyziyev fevralın 26-da Litva Respublikasının Vilnüs şəhərinə səfər edəcək. Deputat orada Azərbaycan və Türkiyə Respublikalarının Litva Respublikasındakı səfirliklərinin birgə təşəbbüsü ilə keçiriləcək “Türk Dövlətləri Təşkilatı vasitəsilə əməkdaşlıq və bağlantıların gücləndirilməsi – türk dövlətləri və Baltikyanı region arasında daha yaxın əlaqələr üçün imkanlar” mövzusuna həsr olunmuş tədbirdə iştirak edəcək.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.