Kuril adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ olub
Seysmoloqlar Kuril adaları yaxınlığında 5,6 maqnitudada zəlzələ qeydə alıblar.
Gundelik.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyası məlumat verib.
Təbiət hadisəsi hiss olunub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Zəlzələ Saxalin vaxtı ilə saat 11:34-də (Bakı vaxtı ilə saat 04:34) qeydə alınıb. Zəlzələ ocağı dəniz dibinin 49 kilometr dərinliyində, episentri isə Severo-Kurilsk şəhərindən 194 kilometr cənubda yerləşib.
Yeraltı təkanların Severo-Kurilskdə 2 maqnitudada hiss olunduğu güman edilir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.