“Kapital Bank” I rübün maliyyə nəticələrini elan edib

“Kapital Bank” I rübün maliyyə nəticələrini elan edib

“Kapital Bank” ASC-nin aktivləri 31 mart 2026-cı il tarixinə 11,8 milyard manat, Bankın müştərilərə verilən kreditlər həcmi isə 5,5 milyard manat təşkil edib.

31 mart 2026-cı il tarixinə olan nəticələrə görə bankda müştəri depozitləri 8,5 milyard manat olub.

Bankın 31 mart 2026-cı il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1,2 milyard manat, adi və imtiyazlı səhmlərinin dəyəri isə 256 milyon manat təşkil edib.

Bankın xalis mənfəəti isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox, yəni 119 % artaraq 120 milyon manata çatıb.

“Kapital Bank” “Moody’s” və “Standard & Poor’s” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin I bankı “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.