“European Tobacco-Baku” ləğv olunur
“European Tobacco-Baku” ASC ləğv olunduğunu elan edib.
Gundelik.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, ev 21 ünvanına bildirə bilərlər.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xatırladaq ki, “European Tobacco-Baku” 2001-ci ildə yaradılıb, Azərbaycanın aparıcı siqaret istehsalçısıdır. Onun nizamnamə kapitalı 134 min manata yaxındır. Müəssisənin sahibi keçmiş deputat Rüfət Quliyevdir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.