Dövlət qulluqçusu vəfat etdikdə vərəsələrinə müavinət ödəniləcək
Dövlət qulluqçusu vəfat etdikdə onun vərəsələrinə müavinət ödəniləcək.
Gundelik.az-ın məlumatına görə, bu məsələ Milli Məclisinin bugünkü plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verildikdə onun vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.