Daha bir yerüstü metro stansiyasının inşasına başlanıldı
Bakıda daha bir yerüstü metro stansiyasının inşasına başlanılıb.
Gundelik.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Tikinti Layihələrinin İdarə olunması Departamentinin rəis müavini Məmməd Rzayev deyib.
O bildirib ki, adıçəkilən yerüstü stansiya metropolitenin “yaşıl xətti”nə xidmət edəcək “Dərnəgül” deposunun daxilində olacaq:
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
“Dərnəgül” deposunda, həmçinin, yerüstü stansiya nəzərdə tutulub. Stansiyanın şərti adı “Dərnəgül deposu” adlandırılıb. Stansiya 2027-ci ildə istifadəyə veriləcək”.
M.Rzayev bildirib ki, adıçəkilən stansiya 2030-cu ilədək istifadəyə veriləcək 10 yeni stansiyaya aid deyil.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.