Çin: ABŞ-dan alınan silahlar Tayvanın müstəqilliyini təmin etməyəcək
ABŞ-dan alınan silahlar Tayvanın müstəqillik əldə etməsinə kömək etməyəcək.
Gundelik.az xəbər verir ki, bunu Çin Dövlət Şurası yanında Tayvan işləri üzrə ofisin rəsmi nümayəndəsi Çen Binxua mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Tayvan nə qədər silah alsa da, bu, müstəqillik tərəfdarlarının “qaçılmaz məğlubiyyətini” dəyişməyəcək.
Çin rəsmisi Vaşinqton ilə Taybey arasında hərbi əməkdaşlığa qəti şəkildə qarşı olduqlarını vurğulayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Çen Binxua əlavə edib ki, Tayvan rəhbərliyi xarici qüvvələrə güvənərək vəziyyəti daha da riskli edir və bu, adanın əhalisi üçün ağır nəticələrə gətirib çıxara bilər.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.