Bu ilin 5 ayında 65 min şəxs işlə təmin olunub
Azərbaycanda bu ilin yanvar-may aylarında 65 min şəxs işlə təmin olunub.
Bu barədə Gundelik.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən dövrdə 170,1 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib, 322 şəxs özünüməşğulluq proqramına cəlb edilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bundan başqa, 7,3 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub. Həmçinin 97,5 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.