Bu dövlət idarələri birləşdirildi, yeni rəis təyin olundu
Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilib.
Gundelik.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, onların bazasında Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi MMC yaradılıb.
Belə ki, icra başçısı Sevindik Hətəmovun 1 iyul 2026-cı il tarixli 114 nömrəli sərəncamına əsasən Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilib, onların bazasında Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi MMC yaradılıb və müəssisənin Nizamnaməsi təsdiq olunub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Daha sonra S.Hətəmov yeni yaradılmış Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi MMC-nin rəisi vəzifəsinə təyin olunmuş Aqil Aslanovu kollektivə təqdim edib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.