“Barselona” – PSJ oyunu “Kamp Nou”da keçirilməyəcək
İspaniyanın “Barselona” klubunun UEFA Çempionlar Liqasının II turunda Fransanın PSJ klubuna qarşı keçirəcəyi ev oyununun stadionu müəyyənləşib.
Gundelik.az Kataloniya klubunun rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşma Barselona şəhərindəki “Olimpik Lyuis Kompanis” arenasında təşkil olunacaq.
Matçın “Barselona”nın əsas stadionu olan “Kamp Nou”da keçirilməməsinin səbəbi təmirə bağlanan arenanın açılması üçün lazımi inzibati icazələrin hələ də alınmamasıdır.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, “Barselona” – PSJ görüşü oktyabrın 1-də reallaşacaq.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.