Bakıda mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Dekabrın 27-i saat 00:00-dan etibarən Bakının Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər Əhməd Rəcəbli küçəsindən Fətəli Xan Xoyski küçəsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Gundelik.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılması yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədardır.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
“Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda deyilir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.